Dizayn, smeta, planlama, şüşələnmə, fasad işləri, landşaft və bütün növ təmir-tikinti xidmətləri sahəsində peşəkar komandamızla sizə keyfiyyətli və innovativ həllər təklif edirik.

Əlaqə Məlumatları

Telefon:
+994508990110
Email ünvanı:
office@pdc.az
MİSSİYA VƏ VİZYONUMUZ

ŞİRKƏTİN MİSSİYASI VƏ VİZYONU

Bizim Missiyamız

Müştərilərimizə innovativ, keyfiyyətli və dayanıqlı tikinti həlləri təqdim edərək, rahat və təhlükəsiz yaşayış və iş mühiti yaratmaq.

Bizim Vizyonumuz

Tikinti və təmir sahəsində lider olmaq, yeni texnologiyalar və modern dizaynlar ilə sektorda yeniliklərə imza atmaq.

Premium Destiny Construction

DƏYƏRLƏRİMİZ

Etibarlılıq

Biz, etibarlılıq və dürüstlük prinsiplərinə sadiq qalaraq, hər layihədə yüksək keyfiyyət və müştəri məmnuniyyətini təmin edirik. Şirkətimizin əsas məqsədi, sizə ən yaxşı xidmətləri təqdim etməkdir. Bizimlə iş birliyiniz, etibarlılığımızın bir göstəricisidir.

İnnovasiya

Premium Destiny Construction üçün innovasiya, müştərilərimizin tələblərinə uyğun yeni və qabaqcıl tikinti həlləri təqdim etmək deməkdir.

Müştəri Məmnuniyyəti

Premium Destiny Construction üçün müştəri məmnuniyyəti, xidmətlərimizin keyfiyyətini artırmaq, müştəri gözləntilərini qarşılamaq və müştəri ehtiyaclarını ön planda tutmaq deməkdir.

image
Premium Destiny Construction

Haqqımızda


PDC – tikinti və təmir sahəsində etibarlılıq, keyfiyyət və innovasiya ilə seçilən bir şirkətdir. Biz müştərilərimizə müasir dizayn həlləri, dayanıqlı tikinti materialları və yüksək peşəkarlıqla yerinə yetirilmiş layihələr təqdim edirik. Məqsədimiz, insanların rahat və təhlükəsiz yaşayış və iş mühiti əldə etmələrinə töhfə verməkdir.

Peşəkarlıq və Təcrübə İllərlə tikinti sektorunda qazandığımız təcrübə, bizə hər layihədə ən yüksək standartları qorumaq və yenilikçi yanaşmalar tətbiq etmək imkanı verir. Mühəndislərimiz, memarlarımız və ustalarımız layihələndirmə, planlaşdırma, icra və keyfiyyət nəzarəti sahələrində geniş bilik və bacarıqlara malikdirlər.

Keyfiyyət və Davamlılıq Biz, müştərilərimizə yalnız estetik baxımdan gözəl deyil, həm də funksional və uzunömürlü tikinti həlləri təqdim edirik. Layihələrimizdə istifadə etdiyimiz materiallar və texnologiyalar ekoloji cəhətdən təmiz və enerjiyə qənaətcil olmaqla yanaşı, möhkəm və davamlı olmağa zəmanət verir.

Premium Destiny Construction

TARİXÇƏMİZ

2013

2013-ci ildə təməli qoyulan Premium Destiny Construction, tikinti sektorunda yüksək keyfiyyət və etibarlılıq prinsipləri ilə fəaliyyət göstərir. Fasad örtük sistemləri, pəncərə və qapı sistemləri, təmir, tikinti və texniki baxım xidmətləri ilə müştərilərimizə geniş çeşidli tikinti həlləri təqdim edirik.

2016

2016-cı ildən etibarən Premium Destiny Construction olaraq, Türkiyə, Avropa və Çin də daxil olmaqla, layihələrimizdə istifadə edilən profillər və digər sistemləri idxal etməyə və satışını həyata keçirməyə başladıq.

2021

2021-ci ilə qədər Premium Destiny Construction olaraq 18 korporativ layihəni və yüzlərlə fərdi müştəri layihəsini uğurla təhvil vermişik. Bu layihələrimizdə yüksək keyfiyyətli materiallardan istifadə edərək müştərilərimizə müasir və dayanıqlı tikinti həlləri təqdim etmişik. Hər bir layihəmizdə müştəri məmnuniyyəti ön planda olmuş, fərdi tələblərə uyğun özəl həllər hazırlanmışdır. Müxtəlif sektorlar üzrə, o cümlədən yaşayış binaları, ofis binaları və digər kommersiya obyektləri üzrə layihələrimiz uğurla həyata keçirilmişdir.

Premium Destiny Construction

Şirkət Olaraq Nailiyyətlərimiz

image

50+

Bitmiş Layihələr

12+ il

Təcrübə

10+

Xidmət Növü

30+

Əməkdaşımız
WhatsApp